Şou-biznes

Məşhur türk aktyor barda o qədər içdi ki, yerə yıxıldı

5 May 2023 13:46
Baxış: 1 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli aktyor Aras Bulut İynemlinin başına iş gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Çeşmədə əyləncə məkanlarının birində gecə gec saatlara qədər əylənən aktyor qəbul etdiyi spirtli içkinin təsirindən yerə yıxılıb. Arasın 5 dostunun yardımı ilə bardan çıxarıldığı bildirilib.

Məkanda əylənənlər arasında aktyor Kadir Doğulunun olması da diqqət çəkib.

Qeyd edək ki, Aras ötən ilin sonunda aktrisa Bige Önaldan ayrılıb. Keçmiş cütlük 6 ildən çox münasibətdə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.