Şou-biznes

Madonna uzun zamandan sonra qızlarını üzə çıxardı - FOTO

6 Aprel 2023 03:44
Baxış: 1 477
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya pop səhnəsinin ulduzu Madonna uzun müddətdən sonra 10 yaşlı qızları Stella və Ester ilə bağlı paylaşım edib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sənətçi övladlarının əl işi sayılan trikotaj dəst geyimdə çəkdiyi fotolarını izləyiciləri ilə bölüşüb.

Deyəsən, super ulduzun ailəsində gələcək dizaynerlər yetişir.

Qeyd edək ki, Madonnanın altı övladı var. Pop ulduzun fitnes məşqçisi Karlos Leondan ilk övladı olan 26 yaşlı Lourdes model və müğənni kimi karyerasını davam etdirir, müğənninin rejissor Qay Ricci ilə oğlu olan 22 yaşlı Rokko isə rəssam kimi özünü sınayır. O, "Maison Rhed" adlı öz qalereyasını qurub. Müğənni eyni zamanda 17 yaşlı Devid və 16 yaşlı Mersi adlı övladlarını böyüdür.

Bu ilin fevralında Madonnanın böyük qardaşı reabilitasiya mərkəzində müalicə olunduqdan sonra dünyasını dəyişib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.