“Sizin vasitənizlə Fəxrəddinə demək istəyirəm ki...” - Zaurun mobil nömrəsini itirən Təhminə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Təxminən 1 ay əvvəl "Elçilik" filminin çəkilişləri üçün Bakıya gəldim. Hər kəs məndən Fəxrəddinə bəslədiyim münasibəti soruşur. Hamı elə bilir ki, biz hələ də danışmırıq. Mən tərəfdən heç bir problem yoxdur, inanıram ki, onda da elədir. Çox istərdim ki, Bakıya gələndə onunla görüşüm. Bilirəm ki, çox məşğul bir insandır. Nömrəsini itirmişəm. Yəqin ki, o da mənim telefon nömrəmi itirib. İtirməsəydi inanmıram ki, bu illər ərzində mənimlə əlaqə saxlamasın. Sizin vasitənizlə Fəxrəddinə müraciət edib, ona "əziz dostum, səni çox istəyirəm" demək istəyirəm. İnanıram və ümid edirəm ki, bu dəfə Azərbaycana gələndə onunla görüşəcəm"
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında türkiyəli aktrisa Meral Konrat deyib.
Aktrisa şəxsi həyatından da danışıb.
"Bir dəfə ailə həyatı qurmuşam. O vaxt 17 yaşında idim. 1 il evli qaldım, sonra ayrıldım. Məni məcburi ərə verməmişdilər, özüm istəmişdim. Sonra ailə həyatı qurmadım, çünki evlənə biləcəyim bir insan qarşıma çıxmadı. Bir qızım var, bir də nəvəm. İndiyə qədər qızımın mətbuata çıxmasına qarşı olmuşam. Çünki məşhur şəxslərin övladları rahat həyat yaşamırlar, məbuat, media onları narahat edir. Bu da onun psixoloji durumuna mənfi təsir edir" deyə sənətçi bildirib.
"Təhminə və Zaurun sevgisi kimi bir sevgi yaşamaq istərdinizmi?" sualına isə aktrisa belə cavab verib.
"Əlbəttə istərdim. Gənc yaşlarımda bunu daha çox istərdim. Amma heç kim istəməzdi ki, sonu belə olsun. Sonunun belə olmayacağı təqdirdə istərdim. Zaur sonda Təhminəyə qarşı çox dəyişir. Demək ki, o mənim qədər sevməyib. Təhminə sevgisi üçün ölürdü, Zaurun heç vecinə də deyildi. Onun həyatı qaldığı yerdən davam edirdi. Təhminənin yaşadığı həqiqi bir eşq idi, eşqi də onu ölümə götürdü. Mən də həyatda bu cür xasiyyətə malikəm. Sevdiyim insan üçün canımı belə qurban verərəm. Bəlkə də ona görə səmimi, içdən oynadım" deyə Meral Konrat bildirib.
Meral Konrat Bakıda yaşamaq istəməsi ilə bağlı sualı bu cür cavablandırıb.
"Çox istərdim. Bakını çox sevirəm. "Təhminə" filminin çəkilişlərində bir il gedib-gəldim. Artıq "Elçilik" filmindən sonra burada yaşamaq istərdim. İnanıram ki, mənə yeni təkliflər də gələcək" deyə aktrisa bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
XƏBƏR LENTİ
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək





