Şou-biznes

Hollivud ulduzu Rusiyada içki satacaq

24 Mart 2023 11:04
Baxış: 1 393
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya vətəndaşlığı olan Hollivud aktyoru Stiven Siqal ölkədə içki satışı ilə məşğul olacaq "Five Elements" şirkətini qeydiyyatdan keçirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Rusiya Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinin (USRLE) məlumat bazasına əsasən, təşkilat bu həftə - martın 22-də qeydiyyatdan keçib.

Sənədlərdə "Five Elements"in əsas fəaliyyəti "Holdinq şirkətlərinin fəaliyyəti" kimi göstərilib. Əlavə fəaliyətlər arasında sərinləşdirici içkilərin istehsalı, şirələrin və mineral suların topdan satışı, suyun toplanması və təmizlənməsi də var.

Şirkətin hüquqi ünvanı Moskvanın Matrosskaya Tişina küçəsində, məşhur istintaq təcridxanasından cəmi 150 metr aralıda yerləşən binadır.

Təşkilatın həmtəsisçisi aktyorun 33 yaşlı oğlu Dominik San Rokkodur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.