“Kaş Tacir konservatoriyadan yox, Bakıdan qovulardı”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Necə ola bilər ki, mən manısın fanatı ola bilərəm?! Mən musiqiçiyəm, konservatoriya bitirmişəm, böyük sənətkarımız Arif Babayevdən muğam dərsi, xalq artisti Şəfiqə Məmmədovadan səhnə və nitq mədəniyyəti, Teymur Əmrahdan vokal dərsi almışam. Ümumiyyətlə uşaq yaşlarımdan Əbülfət Əliyevə, Şövkət Ələkbərovaya, Qulu Əsgərova, Rübabə Muradovaya qulaq asmışam, onları dinləmişəm. Bunları saymaqla qurtarmaz. Tacir onların yanında kimdir axı?! O manısdır! Mən necə manısın fanatı ola bilərəm ki?"
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış və sevilən müğənni İlahə Fəda deyib.
"Özü o vaxt efirdə dedi ki, mən konservatoriyaya getdim, Fərhad Bədəlbəyli məni oradan qovdu. Mən də deyirəm ki, Fərhad Bədəlbəyli onu yaxşı qovmayıb. Onu nəinki konservatoriyadan, gərək Bakı şəhərindən qovardı. Fərhad Bədəlbəyli onu Üzeyir bəyin yaratdığı musiqi ocağından qovub! Bu o deməkdir ki, Tacir musiqi dünyasından qovulub! O mikrobdur, düşüb musiqinin canına. Ümumiyyətlə bilmirəm ki, bu adam məndən nə istəyir?! O yazvadır, yazva! Görür ki, adı it dəftərində yoxdur! Adam nə qədər yaşına, kişiliyə yaraşmayan hərəkət edər?! İstəyir ki, gündəmə gəlsin, onda da mənim adımı çəkir. Ay bala, sən hara, mən hara?! Mən ali savadlı, Azərbaycan musiqisinə düzgün xidmət edən ifaçıyam, musiqiçiyəm. Sən get toylarını oxu da! Mənimlə nə işin var?! Mənim səviyyəm hara, səninki hara?!" deyə sənətkar bildirib.
"Bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünürsünüz?" sualına isə İlahə Fəda belə cavab verib.
"Xeyr, onu və dediklərini ciddiyə almıram. Heç ağlıma da belə bir şey gəlmir, siz dediniz indi. Hüquq-mühafizə orqanlarını, onların vaxtlarını bu cür mənasız adam üçün məşğul etmək istəmərəm. Hüquq-mühafizə orqanları qoy bizim xalqımızın keşiyində dursunlar, cinayətkarları aşkarlasınlar ki, biz rahat yaşayaq. Tacir kimdir ki, hüquq-mühafizə orqanları ona vaxtlarını sərf etsin?! Buna qətiyyən dəyməz" deyə müğənni bildirib.
Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlu ötən həftə "Şou-xəbər" verilişinə açıqlamasında İlahə Fədanı fanatı adlandırmışdı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
XƏBƏR LENTİ
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Tramp Avropa liderləri ilə görüşəcək
-
“Brent” markalı neftin qiyməti ucuzlaşdı
-
Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
-
"İran yaralanıb, amma ləyaqətini qoruyub saxlayır"
-
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
-
Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər





