Şou-biznes

Hollivud ulduzu həbs oluna bilər

20 Yanvar 2023 12:30
Baxış: 692
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollivud aktyoru və prodüseri Alek Bolduin "Rust" filminin çəkiliş meydançasında ukraynalı rejissor Qalina Hatçinsi qəsdən qətlə yetirməkdə ittiham olunacaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Santa-Fe əyalətinin prokuroru Meri Karmak-Oltvisin sözlərinə görə, Bolduin və silah ustası köməkçisi Anna Qutierres-Rid yanvarın sonuna qədər iki ittiham aktı ilə üzləşəcəklər.

O bildirib ki, bunun üçün kifayət qədər dəlillər var.

Əgər onların günahları sübuta yetirilərsə, Bolduin və Qutierres-Ridi 18 aya qədər həbs cəzası və 5000 dollar cərimə gözləyir.

Qeyd edək ki, 2021-ci il oktyabrın 21-də filmin prodüseri və baş rol ifaçısı Bolduin iki nəfəri - operator Qalina Hatçins və rejissor Coel Souzanı yaralayıb. 42 yaşlı Qalina aldığı xəsarətlərdən dünyasını dəyişib. 48 yaşlı direktor körpücük sümüyündən yaralanıb və bir müddət xəstəxanada yatıb və sağalıb.

Araşdırmalar zamanı polis baş verənlərə görə yalnız Alekin məsuliyyət daşıdığını və güllənin təsadüfi olmadığını iddia etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.