Şou-biznes

Ağamirzə Kərimdən danışdı: "10 dəfə salam verirəm..."

27 Oktyabr 2022 18:44
Baxış: 2 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun müddətdir insult xəstəliyi səbəbi ilə yataq xəstəsi olan meyxana ustası Kərimin əhvalı ilə maraqlandıq.

Onun yaxın dostu meyxana ustası Ağamirzə lent.az-a bildirdi ki. Kərimin vəziyyətinə yaxşılığa doğru heç bir dəyişiklik yoxdur.

"Kərimin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə almışdı. Həkimlər əllərindən gələni etdilər. Amma bəzi dərdlər var ki, çarəsi yoxdur, nə edəsən? Kərim də belə. Tərpənə bilmir, hərəkət edə bilmir, hərdən baş çəkirəm. Getməmişdən öncə xəbər göndərirəm oğluna",- deyə o bildirib.

Ağamirzənin dediyinə görə, Kərimin danışığında və yaddaşında da problemlər var.

"10 dəfə salam verirsən. Bir dəfə cavab vermir. Danışmağında çətinlik var. Çətinliklə xatırlayır bizi",- deyə meyxana ustadı təəssüflə bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.