Şou-biznes

Van Dammın gəlini FALÇIYA GEDİR? - FOTO

26 Sentyabr 2022 12:27
Baxış: 2 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın oğlu Kristoferin pianoçu həyat yoldaşı Suada Hacızadə paylaşımı ilə müzakirə obyektinə çevrilib.  

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sosial şəbəkə hesabında izləyiciləri ilə "sual-cavab" edən musiqiçi falçılardan söz açıb.

İzləyicisinin "Falçıya getmisiniz?" sualına Suadanın cavabı belə olub:  

"Mənə falçı heç zaman lazım olmayıb və lazım da deyil. Öz enerji gücümlə, fikirlərim ilə gələcəyimin necə olacağını özüm qururam. Yuxularım ilə də bilirəm... Və kiminsə həyatımda nə olacağı barəsində hekayə kimi danışıb, qorxudub, pul qopartması həqiqətən lazım deyil və ümumiyyətlə qara magiyadan uzaq durun".  

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub.

Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.