Şou-biznes

Yeni ailə quran aktrisadan ayrılıq xəbərlərinə cavab

23 Sentyabr 2022 14:00
Baxış: 1 269
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, 20 gün əvvəl ailə quran türkiyəli aktrisa Burcu Binicinin həyat yoldaşı reper Tankurt Manasla ayrıldığı iddia edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı ilk dəfə açıqlama verən aktrisa aralarında mübahisə yarandığını doğrulayıb və məsələni həll etməyə çalışdıqlarını bildirib:

"Yeni evə köçəndə divar rəngi üstündə dava etdik. Əşya tapmaq, almaq da böyük stresə saldı bizi. Bütün bunlar azmış kimi bir də ev sahibi bizi aldatdı. Bu vəziyyət bizi kədərləndirdi. Tələsik qərarlarla mübahisə etdik, amma hər şeyi yoluna qoyacağıq".

Qeyd edək ki, Burcu hazırda "Ben bu cihana sığmazam" serialında rol alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.