"İmkan vermədilər ki, layiq olduğum yerdə olum"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mən bu adı, bu soyadı, bu imici, həyat tərzini özüm qazanmışam. Zorla müğənni olmamışam. Bir çox sənət nümayəndəsi kimi həddindən artıq acı sənət taleyim olub. Bəzən keçmiş fotolara, lentlərə baxıram, məni qəhər boğur, ağlayıram. İmkan vermədilər ki, layiq olduğum yerdə olum. Mən bunu itirdim. Onu itirməyimə rəğmən insanların sevgisini qazandım. Sənətdə dözmək, səbrli olmaq lazımdır. Allah məni səbrlə mükafatlandırıb. Hər zaman doğru zamanı, vaxtı gözləmişəm. Fikirləşmişəm ki, zaman gələcək, mənim demək istədiklərim, amma dilimə gətirmədiyim şeylər özü baş verəcək. Belə də olub".
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Nisə Qasımova deyib. O, daha sonra əlavə edib.
"Bu gün incidiyim, küsdüyüm insanın da əgər yaxşı mahnısı varsa qulaq asıram. Sovet dövründə ara mahnıları oxuyanlara bu gün şükür edirəm. İndi dəbdə yalnız bayağı mahnılardır. Yutubda da onlara baxış sayı daha çox olur. İmiclə, geyinməklə sənətkar olmurlar. Gənc müğənni var ki, efirdə çıxıb sənətdən yox, şəxsi həyatından danışır. Özü də bilmir ki, verilişə niyə gəlib. Gənc sənətçinin illərini bu sənətə verən böyük sənətkara söz atması nə dərəcədə düzgündür?! Sən özün bilirsən ki, nə vaxtsa onun yaşına çatacaqsan, amma o müğənninin qazandığı hörmətin heç 1 faizini də sən qazanmayacaqsan. Gənclərin gələcəyini yaxşı görmək istəyirəm" deyə sənətkar bildirib.
Xalq artisti bildirib ki, ilk şou proqramlar onun adı ilə bağlıdır.
"O vaxt şou-proqramlar hazırladığıma görə həmkarlarım, yaşıdlarım tərəfimdən qınaq atəşinə tutulmuşdum. Birdən-birə şou proqramla səhnəyə çıxdım. Bunu ilk dəfə mən etdim. Qərara gəldim ki, restoranlardan birində şou proqram edəcəyəm. Hansı ki, orada insanlar həm əylənirdilər, həm də musiqiyə qulaq asırdılar. Allah bunu nəsib etdi. Qətiyyətlə deyirdim ki, zalda iki tamaşaçı oldusa mütləq konserti başlayacaqsız. Daha demirdim ki, gözləyin, camaat gəlsin, içərisi dolsun. Sonra mən Moskvaya çıxıb getdim. Xəbərim olmadı ki, bu iş necə oldu" deyə sənətkar bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
XƏBƏR LENTİ
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)





