Şou-biznes

"Azərbaycanda ən çox döyülən mən olmuşam"

31 Avqust 2022 15:16
Baxış: 2 223
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Evimdə 15 il əvvəlki köhnə televizordur. Almıram yenisini, çünki baxmıram. Valideynlərim müəllim olub, nəyisə maaşdan maaşa etmişik. Bir paltarla 2 il gəzmişəm. Bunu ağlamaq üçün demirəm. Bunların sayəsində güclü olmuşuq".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri  müğənni İlhamə Qasımova "Özəl" proqramında deyib. Verilişlərə gec-gec qatıldığını deyən sənətçi evinə televizor almadığını vurğulayıb.

Uşaqlığından bəhs edən İlhamə "Azərbaycanda ən çox döyülən mən olmuşam. Nadinc olduğum üçün yox, məktəbdə yaxşı oxumuşam. Dərsdən gəlirdim, anam deyirdi iş gör. Qadına xas olan ev işləri mənə maraqlı olmayıb" sözlərini əlavə edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.