Hazırda mövsüm finalı edən "TRT1"in reytinqli seriallarından olan "Gönül dağı"nda növbəti ayrılıq yaşanacaq.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işinə aktyor Eser Eyüboğlu vida edəcək. "Selami Ferses" obrazına həyat verən aktyor yeni mövsümdən layihədə yer almayacaq.
Qeyd edək ki, serialın baş rollarını Bərk Atan, Ecem Özkaya, Nazlı Pınar Kaya, Cihat Süvarioğlu və Semih Ertürk paylaşır.
Milli.Az