Şou-biznes

Vaxtilə kirayədə yaşayan Rəvan: "100 minə yeni avtomobil almışam"

16 İyul 2022 17:15
0 Şərh     Baxış: 1 574
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Talıb Tale ilə 3 il bir yerdə kirayədə qalmışam. O, mənə heç cürə narahatlıq verməyib".

Milli.az bizim.media-ya istinadən xəbər verir ki, bu sözlər müğənni Rəvan Qarayev qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.

Sənətçi bildirib ki, uzun illər əvvəl bir yerdə kirayədə yaşadığı həmkarı Talıb Talenin pişiyini də evdən azdırıb:

"İşimlə əlaqədar qaldığımız evə gec gəlirdim. Talıb evdə pişik saxlayırdı. Gecə vaxtı onun pişiyini azdırmışdım. Talıb bu məsələdən xəbər tutanda məni qatdı qabağına ki, pişiyimi geri qaytar".

Verilişin aparıcısı Zaur Kamalın "Özünə 150 min manata yeni avtomobil almısan?" sualına R.Qarayev "150 min deyil, 100 min manata yeni avtomobil almışam" - deyə qısa cavab verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.