Şou-biznes

Roza Zərgərlinin övladlığa götürdüyü oğluna ev verildi - FOTO

5 İyul 2022 23:03
7 Şərh     Baxış: 3 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor oğlu Corc Qafarov mənzillə təmin edilib.

O, bu haqda sosial şəbəkə hesabında məlumat verib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, C.Qafarov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təqdim etdiyi sənədin fotosunu yayımlayaraq bu sözləri yazıb.

"Cənab Prezident İlham Əliyevin verdiyi sərəncamla mənzillə təmin olundum. Buna görə dövlət başçımıza sonsuz təşəkkürümü bildirirəm".

"2 saylı uşaq evinin yetirməsi olduğuma görə Sosial Xidmətlər Agentliyinə evimin olmamasına görə müraciət etdim. Mənə Sumqayıt şəhərində yerləşən sosial evlər layihəsi çərçivəsində 1 otaqlı ev verilib" - deyə Corc Qafarov bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.