Şou-biznes

“Mən çox təmizkaram, o isə yox” - VİDEO

14 İyun 2022 18:00
0 Şərh     Baxış: 1 936
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərəli futbolçu Devid Bekhem dostu, futbol məşqçisi Hari Nevillin "29 Questions" adlı yutub layihəsində qonaq olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nevill dostunu bir-birindən fərqli suallarla sınağa çəkib. Onların arasında şəxsi suallar da olub.

Məsələn, Devidin hansı xüsusiyyəti həyat yoldaşı Viktoriya Bekhemi qıcıqlandırır.

Futbolçu ehtimal edib ki, bu, onun öskürmək vərdişidir: "Onun xoşuna gəlmir. Mən həmişə belə etməmişəm, ola bilsin, son 15 ildə. Yəqin ki, mənim xoşuma gələn, onun isə xoşuna gəlməyən başqa şeylər də var. Mən çox təmizkaram, o isə yox. O mənada ki, mən tökdüklərimi yığışdırmağı sevirəm, o isə yox".

"Uşaqlardan hansı xaraktercə Devidə bənzəyir" sualına ulduz futbolçunun cavabı bu olub: "Bu, aydındır, mən onların hər birində hansısa öz xüsusiyyətlərimi görürəm. Romeoda əzmkarlıq, Harperdə xeyirxahlıq, Bruklində yumşaqlıq, qayğıkeşlik. Kruz çox şəndir, Viktoriya da deyir ki, mən də yetərincə gülməliyəm, yəqin, bu, onda məndəndir".

81 döyməsi və fərqli geyim tərzi ilə seçilən Bekhem stili barədə də danışıb: "İnsanlar düşünür ki, obrazlar, saç düzümləri, döymələr - hamısı Viktoriyanın təsirindəndir. Əslində buna özüm qərar vermişəm. Məsələn, dəri kombinezon və ya başdan-ayağa denim geyinmək. Mən modanı həmişə sevmişəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.