Şou-biznes

Azərbaycanlı müğənninin dekoltesinə görə ifasını yarımçıq kəsdilər - VİDEO

24 May 2022 15:15
9 Şərh     Baxış: 6 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB telekanalında yayımlanan "Həmin Zaur" verilişində qonaq olan müğənni Kəmalə Qaramollayevanın ifası yarımçıq kəsilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb isə onun geyindiyi dekolteli korset olub. 

Kəmalə rəqs edən zaman pencəyinin ön hissəsini açıb. Həmin an efir yarımçıq kəsilib və hava proqnozu yayımlanıb.

Veriliş efirə qayıtdıqda Qaramollayevanın pencəyinin ön hissəsi bağlı olub.

Məsələ ilə bağlı telekanalın mətbuat katibi Mail Əsgərov "Qafqazinfo"ya bildirib ki, son zamanlar ARB televiziyasının qonaqların geyim standartları çərçivəsində tələbi var: "Dünən "Həmin Zaur" verilişində qonaq bu tələbələrdən bir az kənara çıxmışdı. Buna görə də qısa fasilə verilib, məsələ həll edilib, yenidən efirə qayıdılıb. Şirkətdə geyimlə bağlı xüsusi komanda var. Bu komandanın köməyi ilə məsələ çözülüb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.