Reper Elşad Xose həyat yoldaşı ilə birlikdə fotosunu yayımlayıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi xanımı ilə birlikdə müğənni Zamiq Hüseynovun oğlu Zeynin kiçik toy məclisinə qatılıb.
Gecədə Elşad Zamiqin övladı üçün rəsm əsəri təqdim edib. O bildirib ki, Zeynin fotosunu özü yağlı boya ilə çəkib.
Qeyd edək ki, Elşad Xose ötən ilin dekabrında ikinci dəfə nikah masasına oturub.
Milli.Az