Elşad Xose xanımı ilə toyda - FOTOlar

29 Mart 2022 11:00

Reper Elşad Xose həyat yoldaşı ilə birlikdə fotosunu yayımlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi xanımı ilə birlikdə müğənni Zamiq Hüseynovun oğlu Zeynin kiçik toy məclisinə qatılıb.

Gecədə Elşad Zamiqin övladı üçün rəsm əsəri təqdim edib. O bildirib ki, Zeynin fotosunu özü yağlı boya ilə çəkib.

Qeyd edək ki, Elşad Xose ötən ilin dekabrında ikinci dəfə nikah masasına oturub. 

Milli.Az