Şou-biznes

Rusiyanın daha bir Xalq artisti ölkəni tərk etdi

9 Mart 2022 18:12
0 Şərh     Baxış: 1 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Xalq artisti Valeri Leontyev Rusiyanı tərk edərək Amerikaya gedib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçinin yaxın dostu məlumat yayıb. "Комсомольская правда" onun sözlərinə istinadən bildirb ki, müğənninin Mayamidə daşınmaz əmlakı var.

Leontyevin Rusiyanı hansı səbəbdən tərk etdiyi hələlik məlum deyil. Lakin onun instaqram hesabındakı son paylaşımı fevralın 20-də olub. Bu səbəbdən onun da bir çox həmkarı kimi Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlarla əlaqəli olduğu bildirilib.

Nəşrin məlumatına görə, Leontyevin Mayamidə 3,5 milyon dollar dəyərində ikimərtəbəli villası var. O, uzun illər əvvəl amerikalı müğənni Uitni Hyustonun yaşadığı elit ərazidə daşınmaz əmlak alıb. Bundan əvvəl onun həyat yoldaşı Lyudmila İsakoviç daimi yaşamaq üçün Amerikaya köçüb. O, malikanənin ərazisində itlər üçün hotel də açıb.

Qeyd edək ki, bundan əvvəl bir neçə teleqram kanalı Alla Puqaçova, Maksim Qalkin, Renata Litvinovanın Rusiyanı tərk etdiyi barədə məlumat yayıb. Həmçinin rejissor Kantemir Balaqov da Rusiyanı tərk etdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.