Şou-biznes

"Niyə özünü Kardaşyana bənzətməyə çalışırsan? " - 63 yaşlı sənətçini tənqid atəşinə tutdular - FOTO

13 Mart 2022 14:24
0 Şərh     Baxış: 1 389
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı pop müğənnisi Madonna fotoşopu ilə diqqət çəkib və görünüşündəki dəyişikliklər pərəstişkarlarının çaşqınlığına səbəb olub. Onun Instagram hesabında yeni nəşr və istifadəçi şərhləri peyda olub. Kadrlarda 63 yaşlı məşhur görünüşünü qalın çərçivəli eynəklər, dəri əlcəklər (barmaqsız əlcəklər), Louis Vuitton çantası və çoxlu qızıl bilərziklərlə bəzədib. Müğənninin üzündəki fotoşop fanatların diqqətini çəkib. Bəziləri onu yeniyetmə kimi zənn edib, digərləri isə Kardaşyan ailəsindən olan televiziya ulduzlarını təqlid etdiyinə görə qınayıblar.

"Belə güclü fotoşopla 16 yaşlı məktəbli qıza oxşayırsan!", ""Niyə özünü Kardaşyana bənzətməyə çalışırsan", "Bu şəkildə mən yalnız Kim Kardaşyanı görürəm", "Madonna, sən ikonasan" - yazıblar.

Anar Əli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.