Şou-biznes

Aktyor və rejissor saxlanıldı

21 Yanvar 2022 20:42
0 Şərh     Baxış: 651

Türkiyəli aktyor və rejissor Sermiyan Midyat saxlanılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, məhkəməlik olan aktyor ifadə verməyə gəlmədiyi üçün haqqında tutulma qərarı çıxarılıb.

Sermiyan teatr tamaşası üçün gəldiyi Malatyada - Erhaç hava limanına enən təyyarədə polis tərəfindən saxlanılaraq ədliyyəyə aparılıb. Onun hansı səbəbdən tutulduğu açıqlanmayıb.

Qeyd edək ki, bir müddət əvvəl ölkənin "MGX Film" studiyası aktyorun aralarında razılaşdıqları "Hükumet adam" filmini çəkmədiyini və şirkətdən aldığı 300 min lirəni geri ödəmədiyini iddia edib.

Müqaviləyə əsasən, Sermiyan həm ssenari yazmalı, həm də ekran işində baş rolu canlandırmalı idi. Filmin ssenarisi ötən ilin 31 mart tarixində təhvil verilməli olsa da, aktyordan bir xəbər almaq mümkün olmayıb. Hazırda studiya müqaviləni pozan Sermiyanın şirkətə vurduğu ziyanı ödəməsini tələb edir.

Milli.Az

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics