Şou-biznes

Elşad Xose xanımı ilə birgə görüntüləndi - FOTO

8 Yanvar 2022 16:24
2 Şərh     Baxış: 2 482
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni evlənən repçi Elşad Xose xanımı ilə birlikdə görüntülənib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, ötən gün müğənni Zamiq Hüseynovun konsertinə dəvət olunan sənətçi obyektivlərə tuş gəlib.

Həyat yoldaşı ilə bağlı danışan Elşad onun incəsənət və efir məkanından uzaq insan olduğunu bildirib:

"Xanımım incəsənət aləmindən deyil. Ona görə istədim ki, belə olsun, mediada evliliyim çox qabardılmasın. İstəmədim, şəxsi həyatım haqqında efirlərdə məlumat getsin".

Xatırladaq ki, repçi ötən ilin dekabrın 21-də nikah məclisi təşkil edərək xanımı ilə həyat yollarını birləşdirib. Bu, Elşad Xosenin ikinci evliliyidir. O, 2012-ci ildə rəqqasə Oksana Rəsulova ilə ailə həyatı qurub. Cütlük 6 ay sonra boşanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.