Şou-biznes

Ailəsi və dostlarından Lətifəyə ad günü sürprizi - FOTO

6 Dekabr 2021 14:54
3 Şərh     Baxış: 1 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Lətifə Soyuözün bir neçə gün əvvəl ad günü olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, özəl günündə yaxınları sənətçiyə sürpriz edib. Belə ki, ailə üzvləri və dostları gecə yarısı şəhərin dəbdəbəli otellərindən birində Lətifə üçün bir araya yığışıb və parti edib. Gecə saat 00:00-da baş tutan məclisdə Lətifəni sənət dostları da tək qoymayıb.

Gecədən görüntüləri ifaçı izləyiciləri ilə bölüşüb. O, paylaşımına "Yaxın ailə üzvlərim və dostlarımın mənim üçün sürpriz doğum günü təşkil etməsi unudulmaz bir günə çevrildi. Fotolar gec gəldi" sözlərini yazıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.