Seriallar

Türk aktyorun ailəsini serial dağıtdı - FOTO

3 Aprel 2014 12:53
1 Şərh     Baxış: 4 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin gənc və populyar aktyorlarından biri Engin Hepileri 4 il əvvəl evləndiyi Ayşe Topçu ilə 1,5 ay əvvəl boşanıb.

Əslində onlar 3 ay əvvəl dalaşmış, ayrı yaşamağa başlamışdılar.


Aktyor E.Hepileri ailəsinin qəflətən dağılması ilə bağlı çoxsaylı suallara heç bir cavab vermirdi.

İddialara görə, "İntikam" serialındakı "Hakan" rolu ilə daha da populyarlaşan aktyor həmin teleserialda "Dicle" rolunu oynayan aktrisa Beyza Şekerçi ilə birlikdə olduğu üçün ailəsi dağılmışdı.


E.Hepileri bu iddiaları rədd edirdi.


Milli.Az AHT-yə istinadən bildirir ki, iddialar dünən təsdiqlənib.


E.Hepileri və B.Şekerçi dünən İstanbuldakı "Trabya" oteldə idilər. Onlar otelin restoranında şam yeməyindən sonra aktyorun nömrəsinə yollanıblar.

Reportyorları görəndə E.Hepileri "Suallara cavab verməyəcəyəm!" desə də, aktrisa B.Şekerçi "Bəli, bir-birimizi sevirik və evlənəcəyik" deyərək gülüb.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.