Kadırov Aydanla Zülfüqarı təltif edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çeçenistan rəhbəri Ramzan Kadırov 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL-a məxsus "Embraer E190" sərnişin təyyarəsinin ekipaj üzvlərini "Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə" medalları ilə təltif edəcək.
Milli.Az xəbər verir ki, bu barədə R.Kadırov özünün "Telegram" hesabında yazıb.
Belə ki, bələdçilər Aydan Rəhimli və Zülfüqar Əsədov respublikanın ali mükafatlarına layiq görülüblər.
Kadırovun sözlərinə görə, onlar yüksək peşəkarlıq və müstəsna cəsarət nümayiş etdiriblər.
O bildirib ki, onlar qətiyyətli və cəld hərəkət edərək təyyarədəki bütün sərnişinlərə kömək etməyə çalışırdılar:
"Onların fədakar hərəkətləri hörmətə layiqdir. Qroznıda təyyarə qəzasında həlak olanların xatirəsinə xatirə lövhəsi qoyulacaq".
Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən "Azərbaycan Hava Yolları" QSC-yə ("AZAL") məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.
İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını xilas etmək mümkün olub. Qazaxıstan Respublikasında gözlənilən qəza enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri qəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyə edilərək tibbi yardım göstərilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı biznesmenin 141 milyonluq mülkünə həbs qoyuldu
-
Zaxarovadan Simonyanın sözlərinə cavab: Həmin vaxt onun kimin ayaqlarına düşdüyü bizə məlum deyil
-
Putin onu Moskvaya gətirmək üçün şəxsi təyyarəsini göndərdi
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Rusiyalı qadın azərbaycanlı qızı kilsənin önündə şəkil çəkdirdiyi üçün qınadı - (Video)
XƏBƏR LENTİ
-
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı
-
Təbii qaz bahalaşdı - Yeni qiymətlər
-
Məleykə Əsədova: "Qızım da ağlayırdı, mən də"
-
Qızıl və gümüşün qiyməti dəyişdi
-
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
-
Adınıza xəbəriniz olmadan kredit götürülərsə, borcu kim ödəməlidir?
-
70 kilo qızılla tutulan polkovnikdən xəbər var
-
Azərbaycan nefti ucuzlaşdı
-
Türkan Vəlizadə təyyarədə təhlükəli anlar yaşadı - (Video)
-
Dollar almaq istəyənlərin diqqətinə
-
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
-
"Brent" bahalaşdı
-
Paşinyan Türkiyəyə səfər edib
-
“Vicdan haqqı”nın aktyorunun əkizləri dünyaya gəldi - (Foto)
-
Noyabrın 4 şanslı bürcü
-
Pol Makkartni milyarder oldu
-
Dünyanın ən hündür binaları tikiləcək – 2 kilometr hündürlüyündə
-
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür





