Putin Osvensim anımına niyə dəvət olunmadı? - Politoloqdan AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Hitlerin 1.5 milyondan çox insanı, əsasən də yəhudiləri məhv etdiyi Osvensim düşərgəsinin azad edilməsinin 80 illiyi bu günlərdə tamam olur. Sovet əsgərləri bu dəhşətli ölüm düşərgəsində 7 ton qadın və kişi saçı toplamışdılar. Hələ faşistlərin 45- ci ilə kimi oradan nə qədər saçı Berlinə apardıqlarını bir Allah bilir. Osvensim belə Osvensim olub".
Milli.Az xəbər verir ki, bunu politoloq Aydın Quliyev deyib.
O bildirib ki, Polşada qərbin bir çox samballı dövlət rəhbərləri anım tədbirlərinə dəvət olunublar. Putin sonuncu dəfə bu anımda 2014- cü ildə iştirak edib. 2014- cü ildə Krımın işğalından sonra Osvensimin ildönüm tədbirlərinin qapısı Putinin üzünə bağlandı. Rusiyada bu gün Putinin dəvət olunmamasından böyük narahatlıq var. Rusiya ideoloqları televiziyalar iddia edir ki, Osvensimi sovet qoşunları azad etdiyi üçün bu anımlarda iştiraka ən çox haqqı olanların biri Rusiya rəhbəri olmalı idi.
"Putini boykot edən Qərbin də öz arqumentləri var. Qərbdə iddia edilir ki, keçmiş SSRİ və bu günkü Rusiya faşist Almaniyasından o qədər fərqlənmir və yəhudilər Almaniyada olduğu kimi bu ölkələrdə də qaz kameralarında boğulmasalar da təqib olunublar. Əslində isə nə Putin, nə də Qərb ölkələrinin liderləri bu məsələdə haqlıdır.
Qərb liderləri ona görə haqlı deyillər ki, Osvensimin azad olunmasında bir nəfər qərb əsgəri iştirak etməyib və Osvensimin beton divarlarını ilk dəfə Stalinin tankları dağıdaraq hələ də düşərgədə öz ölümünü gözləyən 7500 potensial qurbanı xilas edib. Ən azı tarixi həqiqət xatirinə Qərb liderləri 80 il əvvəl onların iştirakı olmadan baş vermiş hadisənin öz adlarına yazılması kimi əcaib bir görüntünün yaranmasına imkan verməməli idilər. Belə görüntünün yaranmaması üçün nə etmək lazım olduğunu bilməli idilər".
80 illikdə iştirak dəvəti almadığına görə Putin də Qərbi ittiham etməkdə haqlı deyil. Niyə?
"Çünki Osvensimi Rusiya ordusu yox, çoxmillətli Sovet ordusu azad etdi. Bu tədbirlərə Sovet ordusunun varisi kmi tək Rusiya prezidenti yox, SSRİ ordusuna zamanında töhfələr vermiş bütün sovet respublikaları dəvət olunmalı idilər. Azərbaycanın, Mərkəzi Asiya ölkələrinin və digərlərinin başçıları dəvət edilməli idilər. Halbuki tək Ukraynanın, 3 Baltik ölkəsinin və Moldovanın başçıları dəvət olundular.
Tarixi yaşatmaq istəyənlər dürüst olmağa çalışmalıdırlar. Onlar saxtakarlıq etsələr, tarixi yaradanlara xəyanət etmiş olurlar".
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
Rusiyada miqrantlarla bağlı mühüm yenilik
-
Rusiyanın tanınmış aktrisası vəfat etdi - (Foto)
-
“Zelenski Bin Ladeni də geridə qoydu” - Mariya Zaxarova
-
Rusiyada qadının qarnından 17 kq-lıq şiş çıxdı
-
Rus model sevgilisi tərəfindən vəhşicəsinə döyüldü – Kəllə sümüyünün yarısını itirib - (Fotolar)
XƏBƏR LENTİ
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)





