Putinin Quranla FOTOsunu paylaşıb bunları yazdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Həyat Təhrir əl-Şam" yaraqlıları ilə Rusiya arasında vasitəçi olmaq Çeçenistan liderinə tapşırıldı
"Rusiya Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvaya son səfərində "Həyat Təhrir əl-Şam" terror təşkilatının yaraqlıları arasında vasitəçi olması üçün onun bütün rəsmi və qeyri-rəsmi Yaxın Şərq təmaslarını intensivləşdirmək tapşırılıb və hətta mövzu Putinlə müzakirə olunub".
Milli.Az xəbər verir ki, bu barədə "Novaya qazeta" yazıb. Nəşrin iddiasına görə, Kadırov Kremlin Yaxın Şərq üzrə qeyri-rəsmi elçisi statusunu əldə edib.
"İndi Moskva Suriya hərbi bazaları ilə bağlı məsələni təcili həll etməlidir" deyə, mənbə bildirib.
Bu məlumatı dolayısı ilə Ramzan Kadırovun özünün fəaliyyəti də təsdiqləyir, o, artıq son bir həftə ərzində üç dəfə Suriya məsələsi ilə bağlı diqqətçəkən bəyanatlar verib.
Çeçenistan rəhbəri Suriya məsələsi ilə bağlı ilk dəfə dekabrın 9-da Kremldə mükafatlandırma mərasimindən dərhal sonra danışıb. Rusiya dövlət kanalına müsahibəsində Kadırov hadisələri "çevriliş" adlandırıb və diplomatik olaraq "Həyat Təhrir əl-Şam"ı "qoşunlar" adlandırıb. O, həmçinin "Əsədin uğursuzluğa düçar olduğunu" bildirib və həm terrorçularla, həm də "düşmənimiz olsalar belə, onların arxasında duranlarla" danışıqlar aparmağa çağırıb. "Düşünürəm ki, bugünkü qüvvələrlə danışıqlar aparılmalıdır. Onlar məncə bizimlə münasibətləri davam etdirəcəklər", - Çeçenistan rəhbəri bildirib.
Dekabrın 15-də Kadırovun Teleqram kanalında federal subyekt rəhbəri kimi deyil, daha çox ölkə liderinin bəyanatına bənzəyən ingilis və ərəb dillərinə tərcümə edilmiş yazı yerləşdirib. Bu bəyanatda vurğulanırdı ki, "Rusiya Suriya xalqına həmişə hörmət və mərhəmətlə yanaşıb. Bizi müxtəlif sahələrdə 80 ildən artıq qarşılıqlı əlaqələr birləşdirir. Biz mədəni nailiyyətlər mübadiləsi apardıq, Suriyadan tələbələri qəbul etdik, ticarət sahəsində fəal əməkdaşlıq etdik ki, bu da hər iki tərəf üçün qarşılıqlı faydalı şərait yaradıb". Suriyadakı zəlzələdən sonra Çeçenistan Respublikasının hakimiyyətinin "Suriya xalqına" yardımı da yada salınıb.
Çeçenistan rəhbəri Rusiyanın Suriyaya buğda tədarükünün dayandırılması ilə bağlı "Reuters"in məlumatını "dezinformasiya" adlandırıb. Kadırov "Suriyanı strateji tərəfdaşdan və Rusiyanın qardaş xalqından ayırmaq istəyən düşmənlərin şayiələrinə qulaq asmamağa" çağırıb və söz verib: "Hətta bəzi qeyri-mümkün və inanılmaz səbəblərdən Rusiya taxıl ixracının dayandırılması baş versə belə, mən, Çeçenistan Respublikasının başçısı kimi məsuliyyəti öz üzərimə götürməyə və Suriya üçün lazımi miqdarda buğda verməyə hazıram. Bu, atam, "Rusiya Qəhrəmanı" Axmat-Hajı Kadırovun adını daşıyan Fond vasitəsilə həyata keçiriləcək". Dekabrın 16-da Ramzan Kadırov öz teleqram kanalında bu dəfə Suriyanın "müxalifət hakimiyyətini" Qərbə boyun əyməməyə çağırıb. Kadırov Rusiya ilə Suriya arasında "gərginlik ssenarisinin qarşısını almaq" və "Suriya vətəndaşlarının yeni hökumətdən gözlədiyi sabitlik və sakit həyata" nail olmaq üçün Rusiya adından Suriyanın hazırkı rəhbərliyinə tərəfdaşlıq təklif edib. "Rusiyanın Suriyada humanitar fəlakətin qarşısının alınması məsələsinin həllinə kömək etmək üçün gücü və vasitələri var" deyən Kadırov və xoşməramlılığın sübutu kimi Rusiya hakimiyyətinə "Həyat Təhrir əl-Şam"ı və onun nümayəndələrinin terror təşkilatı siyahısından çıxarılması proseduruna başlamağı" təklif edib. O, həmçinin təcili olaraq, "ilk əlaqələri qura və problemləri həll etməyə başlaya biləcək iki ölkənin təmas qrupunun işini təşkil etməyin" zəruriliyini vurğulayıb. Kadırov "uzun müddət Çeçenistan Respublikasında yaşayan və işləyən suriyalıları təmas qrupuna cəlb etməyi təklif edib. Kadırov Putinin əlində Qurani-Kərim tutan şəklini də yazıya yerləşdirib. /Musavat.com
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada banklardan rekord həcmdə nağd pul çıxarıldı
-
Rusiya ordusu Ukraynada dörd yaşayış məntəqəsini nəzarətə götürdü
-
Rusiya Pavel Durovu axtarışa verdi
-
Rəqəmsal kəfala: Rusiya miqrantlar üçün təhkimçilik sistemi necə qurur
-
Moskvaya kütləvi dron hücumu - (Video)
-
Rusiyada toyda dəhşət: Bəyi ürəyindən vurdular
XƏBƏR LENTİ
-
Paşinyan və Nazirlər Kabineti səlahiyyətlərini dayandırdı
-
Saratovdakı neft emalı zavodu PUA hücumuna məruz qaldı
-
UEFA Canni İnfantinonun istefasını tələb edir
-
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
-
Oğlunun şəhid olduğu gün vəfat etdi
-
Sloveniya Prezidenti yol qəzasına düşdü - Xəstəxanaya yerləşdirildi
-
İkram Kərimov vəfat etdi
-
DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək
-
Yaponiyada dağıdıcı zəlzələnin qurbanlarının sayı artır
-
Fransada meşə yanğınları nəzarətə götürüldü
-
5-dən çox yuxu pozğunluğu simptomu insult riskini kəskin artırır
-
Bu bürclər ehtiyatlı olmalıdır
-
80-ci illərin əfsanəvi ətirləri yenidən dəbdədir - 4 klassik qoxu
-
Səhərlər acqarına bunu etmək faydalıdır, yoxsa zərərlidir?
-
Pendiri daha uzun saxlamaq üçün sadə üsul
-
Çətin yuxuya gedənlərdə insult riski çox artır - Diqqət
-
Avqust üçün ən yaxşı – Qarpız pəhrizi
-
Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida
-
Avqust ayında bürcləri nələr gözləyir?
-
Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir
-
Dondurulmuş su butulkası otağı sərinləşdirə bilərmi?
-
Gecə qəhvə içməyin təsiri
-
"Onların yoxluğu dərin bir boşluqdur"
-
"Bala hatun" yeni serialda





