Rusiya

Zelenskidən Rusiyaya təklif: Bunu edək, müharibəni bitirək

24 Oktyabr 2024 08:17
Baxış: 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə barışığa töhfə verə biləcək təklif irəli sürüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, ilk addım kimi enerji infrastrukturu obyektlərinə hücumdan imtinaya çağırıb.

Bununla belə, Ukrayna lideri bunun qarşılıqlı xarakter daşımalı olduğunu vurğulayıb.

"Bu, müharibənin qaynar mərhələsinin sona çatmasına səbəb ola bilərmi? Mən belə düşünürəm", - Zelenski deyib.

Prezident hesab edir ki, münaqişənin hər iki tərəfi belə bir razılaşmaya gedərsə, bu, deeskalasiya istiqamətində mühüm addım olacaq. O qeyd edib ki, ilk sülh sammiti zamanı Kiyev "enerji təhlükəsizliyi ilə bağlı qərarın verilə biləcəyini gördü".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.