Rusiya

Sərxoş erməni bloger Moskvada insanları atəşə tutdu - ANBAAN VİDEO

12 Sentyabr 2024 11:54
Baxış: 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada məşhur rusiyalı bloger Eva Piloyanın 34 yaşlı qardaşı Artur "Ayda" adlı karaoke barının qarşısında atəş açıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu barədə Rusiya nəşrləri yazıb.

Hadisə sentyabrın 11-nə keçən gecə baş verib. Belə ki, Artur Venevskaya küçəsindəki karaoke barda dincəlirmiş. Çoxlu spirtli içki qəbul etdikdən sonra o, digər qonaqlarla mübahisə edib. Mühafizəçilər oğlandan müəssisəni tərk etməsini istəyib, lakin o, bundan imtina edib. Nəticədə isə zorla binadan bayıra çıxarılıb.

Lakin Artur buna dözə bilməyib qisas almaq qərarına gəlib. "Land Rover" markalı avtomobilindən karabin götürərək bara atəş açıb. Müşahidə kameralarına görə, müəssisənin mühafizəçisi güllələrdən möcüzəvi şəkildə xilas olub.

Polis atəş açan şəxsi saxlayıb. Məlum olub ki, o, bloger Artur Maşuryandır. Sosial şəbəkələrdə onun 60 minə yaxın abunəçisi var. Onun bacısı Eva Piloyanın isə İnstagramda 1,7 milyon izləyicisi var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.