Rusiya

Müdir bir gün icazə istəyən işçini GÜLLƏLƏDİ

11 Sentyabr 2024 19:08
Baxış: 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın paytaxtı Moskva şəhərində çörək ustası iş vaxtından artıq işləməkdən imtina edən işçisini güllələyib. Zərərçəkmiş xəstəxanaya aparılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə sentyabrın 11-nə keçən gecə Biryulevskaya küçəsində yerli çörək zavodunda baş verib. Sifarişləri məntəqələrə çatdıran işçilərdən biri 2 həftəlik fasiləsiz işdən sonra qalmaq istədiyi istirahət gününü xatırlatmaq üçün ustaya üz tutub.

Müdir isə yerindəcə işçiyə rədd cavabı verib. O, etiraz edəndə usta onu işdən çıxarmaqla, hətta ölümlə hədələyib. Sonra isə müdir kuryeri ayağından güllələyib və qaçıb.

Zərərçəkmiş 31 yaşlı Qırğızıstan vətəndaşıdır və son 8 ildə qanuni olaraq Moskvada yaşayır.

Qeyd olunur ki, kuryerin işinin çoxluğundan Bilik Günündə qızlarını məktəbə yola salmağa vaxtı olmayıb. Bu səbəblə o, qızları ilə vaxt keçirmək üçün bir gün istirahət etmək istəyib.

Hazırda polis araşdırma aparır.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.