Kamçatkada helikopter qəzasında ölənlərin hamısının meyiti tapıldı - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
10:30
Rusiyanın Kamçatka diyarında qəzaya uğrayan "Mi-8" helikopterində həlak olanların hamısının meyiti tapılıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Kamçatka diyarının fövqəladə hallar naziri Sergey Lebedev "VKontakte" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Ölənlərin meyitləri aşkar edilərək məhkəmə-tibbi ekspertiza orqanlarına təhvil verilib. Axtarış-xilasetmə əməliyyatı başa çatıb", - paylaşımda qeyd edilib.
--------------
2024.09.01
Kamçatkada helikopterin qəzaya uğradığı yerdə 17 nəfərin meyiti tapılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, göyərtəsində 22 nəfər olan Mi-8 helikopteri avqustun 31-də Kamçatkada Vaçkajets vulkanı yaxınlığında radarlardan itib.
Məlumata görə, helikopterdə 3 ekipaj üzvü, 19 turist olub.
----------------
2024.08.31
Rusiyanın Kamçatka diyarında göyərtəsində 3 ekipaj üzvü olan "Mi-8" helikopteri yoxa çıxıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə əməliyyat xidmətləri məlumat yayıb.
"Mi-8" helikopteri Vaçkajets vulkanı - Nikolayevka kəndi marşrutu ilə hərəkət edib və təyin olunmuş vaxtda təyinat yerinə enməyib, ekipaj ilə əlaqə qurmaq mümkün deyil.
Kamçatkada yoxa çıxan "Mi-8T" helikopterinin göyərtəsində 22 nəfər ola bilər.
Bu barədə "İnterfaks" Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidmətinə istinadən məlumat yayıb.
"İlkin məlumata görə, helikopterin göyərtəsində 22 nəfər olub: 3 ekipaj üzvü və 19 sərnişin", - məlumatda deyilir.
Qurumun məlumatına görə, helikopter Vaçkajets vulkanı ərazisindəki ərazidən Nikolayevkaya (Yelizovo hava limanından 17 km cənub-qərbdə yerləşir) uçurdu, lakin təyin olunmuş vaxtda (Moskva vaxtı ilə təxminən saat 07:15) helikopter ekipajı əlaqəyə çıxmayıb.
"Axtarışlar üçün digər "Mi-8" helikopteri havaya qaldırılıb", - Rosaviasiyadan əlavə edilib.
İnsidenti ilə əlaqədar Kamçatka Nəqliyyat Prokurorluğu uçuşların təhlükəsizliyi sahəsində qanunvericiliyə əməl olunub-olunmaması ilə bağlı yoxlama aparır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Putinin istirahət günü yoxdur - Peskov
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Rusiyada bu hava limanları bağlandı
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
XƏBƏR LENTİ
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır





