Rusiya

Rusiya daha bir hərbi münaqişəyə cəlb olunur

4 May 2024 23:40
Baxış: 1 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya və Çin Tayvanın mümkün işğalı da daxil olmaqla, hərbi məsələlərdə daha sıx əməkdaşlıq edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı Milli Kəşfiyyatın direktoru Evril Heyns deyib.

"Biz ilk dəfədir ki, Çin və Rusiyanın Tayvanla bağlı birgə hərbi təlimlər keçirdiyini görürük və bunun Pekinin açıq şəkildə Moskva ilə işləməsini istədiyi bir sahə olduğunu anlayırıq", - o vurğulayıb.

Onun sözlərinə görə, ABŞ kəşfiyyatının hesablamaları Rusiya və Çin arasında bütün sahələrdə - siyasi, iqtisadi, hərbi və texnoloji istiqamətdə əməkdaşlığın artdığını göstərir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.