Rusiya

Putin Ukraynadakı müharibəni idarə etməyi başqa generala tapşırdı

27 İyun 2022 16:52
1 Şərh     Baxış: 1 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada davam edən müharibəyə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisi, general-polkovnik Gennadi Jidko rəhbərlik edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.

Bildirilir ki, Rusiyanın müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında müharibənin aparılmasına Cənub Hərbi Dairəsinin komandiri, ordu generalı Aleksandr Dvornikovun əvəzinə general-polkovnik Gennadi Jidko rəhbərlik edir.

Bundan əlavə, ISW-in məlumatına görə, Kreml Ukraynada müharibəni tam səfərbərlik olmadan davam etdirmək məqsədilə "gizli səfərbərlik" həyata keçirmək üçün Rusiya qanunları ilə manipulyasiya etməyə davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.