Rusiya

Ayaqyoluna görə bir-birilərini tava ilə döydülər - FOTO

28 May 2022 11:07
0 Şərh     Baxış: 1 062
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Kaluqa vilayətində ruslarla misirlilər arasında kütləvi dava olub. Bu barədə "Baza Telegram" kanalı yazıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə mayın 26-da axşam saatlarında Puçkovo kəndindəki Bauman İnstitutunun yataqxanasının yaxınlığında baş verib. Ümumilikdə davada 30-a yaxın misirli və 20 rusiyalı iştirak edib.

Davaya səbəb rusiyalıların əcnəbilərin səs-küyündən və ayaqyolunu daim tıxamalarından narazılıqları olub.

Münaqişə yataqxanada başlasa da, daha sonra küçədə davam edib. Tərəflər bir-birini spatula, borur və tavalarla döyüblər.

Nəticədə polis 18 nəfəri saxlayıb, daha dörd nəfər isə xəstəxanaya aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.