Din

Ramazan ayının başlama vaxtı açıqlandı

18 Aprel 2019 15:29
2 Şərh     Baxış: 7 346

Azərbaycanda Ramazan ayının ilk günü mayın 6-na təsadüf edəcək.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

İdarənin tərtib etdiyi təqvimə əsasən, may ayının 5-i axşamı niyyət axşamı, bayramın ilk günü may ayının 6-sıdır. Bakıda imsak saat 03:57-də, iftar isə saat 19:56-dır.

Qeyd edək ki, Ramazan təqvimi Şamaxı Astrofizika Rəsədxanası və QMİ tərəfindən birlikdə hazırlanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramı kimi göstərilib.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    F044 · 18 Aprel 16:5030

    İNŞƏALLAH BU İL DƏ MƏN TUTACAM :) BAŞQA KİMLƏR TUTACAQ ORUC ?

    Cavab yaz
  • Anonim
    Men · 18 Aprel 18:1160

    Men de oruc tutmaq isteyirem, amma ovlad sahibi olmaq ucun derman qebul edirem. Allaha qurban olum, bizi sevindirse yeqin ki, tuta bilmeyecem, eger olmasa onda dermanlari saxlayib tutacam

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.