Din

Türkiyədə dövlət çevrilişi cəhdinin ildönümü ilə əlaqədar Bakıda vəhdət namazı qılınıb - FOTO

15 İyul 2017 12:52
Baxış: 1 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakıda Heydər Məscidində 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdinin ildönümü münasibətilə vəhdət namazı qılınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, mərasim dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı həlak olanların ruhuna "Yasin" oxunması ilə başlayıb.

Sonra vəhdət namazı qılınıb. Müxtəlif məzhəblərə mənsub şəxslər birgə namaza qoşulublar.

"Heydər" məscidinin dini rəhbəri Hacı Sabirin rəhbərliyi ilə qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və din xadimləri iştirak ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.