Din

İslamda sünnət yoxdur? - QMİ-dən Elşad Miriyə cavab

1 May 2023 19:48
Baxış: 2 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurani-Kərimdə kişilərin sünnət olunması ilə bağlı əmr, buyruq yoxdur, lakin islam hökmləri təkcə Quran ayələri ilə təsbit olunmur.

Bu sözləri axar.az-a açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin əməkdaşı Samid Quliyev ilahiyyatçı Elşad Mirinin Qurani-Kərimdə kişilərin sünnəti ilə bağlı ayə olmaması barədə günlərdir müzakirə olunan sözlərinə cavab olaraq deyib.

"İslam ənənələrinə peyğəmbərimizin hədisləri də daxildir. Peyğəmbərimizin səhih hədislərinə əsasən, sünnət islamın əməllərindən biridir və kişilər üzərində həyata keçirilir. Ərəblər isə buna "xitam" deyir. Hədisdə belə rəvayət olunur ki, bunu qəbul edən və ilk sünnət olunan Həzrəti İbrahimdir. Digər dinlərə baxanda görürük ki, yəhudilikdə də sünnət əməli icra olunur. Bu da o deməkdir ki, bütün ilahi dinlərin kökü eynidir, sadəcə olaraq müəyyən fərqlərlə bizə gəlib çatmışdır. Yəni sünnət islamda birmənalı olaraq var", - Quliyev bildirib.

O, həmçinin, vurğulayıb ki, sünnətin tibbi cəhətdən faydaları da böyükdür və artıq elm bunu sübut edib.

Qeyd edək ki, ilahiyyatçı Elşad Miri sünnətin Qurani-Kərimdə nəzərdə tutulmadığı, hətta bu əməlin islama zidd olduğu haqda iddia irəli sürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.