Zəngilan rayonunda “Dost Aqropark”ın təməli qoyuldu - VİDEO - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilan rayonunda "Dost Aqropark"ın təməlini qoyublar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçıları əvvəlcə aqroparkın ərazisində çinar ağacı əkdilər.
Sonra prezidentlər Anadolu Agentliyinin Vətən müharibəsini özündə əks etdirən fotosərgisinə baxdılar.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ön sözünü yazdığı və Anadolu Agentliyi tərəfindən hazırlanan "Qarabağ Zəfəri" kitabını Prezident İlham Əliyevə təqdim etdi.
Tədbirin aparıcısı Günel Mövsümova dedi: Bəli, zəngilanlılar bu ili 27 il idi gözləyirdi. 27 il biz bunun xəyalları ilə yaşadıq. Bu xəyallarla yaşayan keçmiş məcburi köçkünlərdən biri də mən idim. 27 il idi mən Zəngilanın işğaldan azad olunma xəbərini bir jurnalist olaraq səsləndirmək xəyalı ilə yaşadım və xəyallar gerçək oldu. Bəli, bu gün tarixi gündür. Bu gün Zəngilanın torpaqlarına can verilən gündür. Bu gün o torpaqları cənnət məkana çevirdiyimiz gündür. İndi Zəngilan yenidən qurulur və əvvəlkindən də gözəl əzəmətə qovuşur.
Cənab prezidentlər və əziz qonaqlar. Bildiyimiz kimi, bu torpaqlar 27 il ərzində erməni vandalları tərəfindən tar-mar olundu, daş üstündə daş qalmadı. Evlərimiz talan olundu. O evlərdən biri də mənim evim idi. 27 ildən sonra öz torpağıma qayıdarkən evimin bir daşını belə tapa bilmədim. Nəinki evlərimiz, meşələrimiz, ağaclarımız tar-mar olundu. 27 ildən sonra biz qardaş Türkiyə ilə əl-ələ verib bu torpaqları yenidən ayağa qaldırırıq. Bu torpaqlara yenidən can verməyə gəlmişik, viran qalmış torpaqlarımızı cənnətə çevirməyə gəlmişik.
İndi icazə verin, "Dost Aqropark" ilə tanış olaq.
X X X
Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək "Dost Aqropark" layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.
Dövlət başçıları "Dost Aqropark"ın təməlini qoydular.
Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək.
Daha sonra aqroparkda əkinə start verildi.
Prezidentlər "Dost Aqropark"ın fəaliyyətinə xeyir-dua verdilər.
Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. "Dost Aqropark" kompleksində ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulacaq. Aqropark tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
Kanada Aİ-yə qoşula bilər?
-
“Neftçi” 1000-ci oyununa çıxacaq
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
-
Bu şəxslərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
-
Leytenantların xidmət müddəti ilə bağlı yeni qayda
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
KamAZ sürücülərindən ibarət toy karvanı diqqət çəkdi - (Video)
-
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - (Video)
-
“Bolonya”da baş məşqçi dəyişdi - Tedesko göndərildi
-
Ramiz Mehdiyevin işində onlar da dindirilib
-
"Arda Güler yeni Messidir, bütün planet görür" - (Video)
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
Əli Əsədov qərar imzaladı
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
Putin bu gün rusiyalılara müraciət edəcək





