Türkiyə Ağdamın dirçəldilməsində Azərbaycanın ən böyük dəstəkçisidir - Mustafa Tuzcu
Türkiyə dövləti torpaqlarının işğaldan azad edilməsi prosesində Azərbaycana əlindən gələn dəstəyi göstərdi. Hazırda da bu ərazilərin dirçəldilməsində ən böyük dəstəkçi Türkiyədir.
Bu sözləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyətinin Ağdama səfəri zamanı Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu Trend-in Qarabağ bürosuna açıqlamasında bildirib.
O qeyd edib ki, 30 ildən sonra işğaldan azad edilən Ağdamda olmaq çox qürurvericidir: "Bizim şirkətlərimizn Ağdamın bərpasına verəcəkləri töhfə yalnız ticari fəaliyyət deyil, həm də öhdəlikdir. Dövlətimiz, millətimiz buranın əvvəlki günlərinə qayıtmasına dəstək olacaq. 1992-ci ildən bu yana burada həyatını itirən bütün azərbaycanlı qardaşlarımızı yad edirik. Ümid edirik ki, bura yenidən adı kimi Ağdam - "Ağ ev" olar və dünyaya bu formada elan edilər."
Qeyd edək ki, bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti Ağdama səfər edib. Səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksi, Ağdam Dram Teatrının binasının qalıqları, Ağdam Cümə məscidi, Qiyaslı məscidi və Şahbulaq qalası ziyarət edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
Kanada Aİ-yə qoşula bilər?
-
“Neftçi” 1000-ci oyununa çıxacaq
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
-
Bu şəxslərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
-
Leytenantların xidmət müddəti ilə bağlı yeni qayda
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
KamAZ sürücülərindən ibarət toy karvanı diqqət çəkdi - (Video)
-
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - (Video)
-
“Bolonya”da baş məşqçi dəyişdi - Tedesko göndərildi
-
Ramiz Mehdiyevin işində onlar da dindirilib
-
"Arda Güler yeni Messidir, bütün planet görür" - (Video)
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir





