"Xarıbülbül” musiqi festivalının mədəni və siyasi əhəmiyyəti böyükdür"
"Xarıbülbül" musiqi festivalının ölkəmiz üçün mədəni və siyasi əhəmiyyəti böyükdür. Çünki bu festivalın yenidən Şuşada keçirilməsi Azərbaycanın mədəni, siyasi həyatında yeni çalarlara yol açır.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı İltizam Yusifov Şuşada, Cıdır Düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan "Xarıbülbül" musiqi festivalı ilə bağlı fikirlərini bildirərkən deyib.

O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurların tərənnümü bu festivalda özünü daha qabarıq şəkildə göstərdi: "Ötən illərə qədər vandal ermənilər Cıdır düzündə öz ampulasında idilər. Onlar elə fərz edirdilər ki, Şuşa onlarındır və bu daim belə olacaq. Acaq Ali Baş Komandanın rəhbərliyi, Müzəffər Ordumuzun şücaəti nəticəsində Şuşa işğaldan azad olundu, üçrəngli Azərbaycan bayrağı Şuşada dalğalanır. Bütün bunların fonunda qısa zamanda Şuşada həyata keçirilən quruculuq-abadlıq işləri şəhərin mədəni imicinin özünə qaytarılmasına, orada həyatın canlanmasına səbəb oldu.
Artıq Şuşada bu kimi festivalların keçirilməsi, yerli və xarici qonaqların qarşılanması və yerləşridilməsi üçün davamlı işlər görülür, bu işlər durmadan davam edir. Cənab Prezidentin təməlini atdığı Şuşa məscidi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hələ Cocuq Mərcanlıda inşa olunan məscidin açılışı zamanı "Biz bu məsciddən Şuşa şəhərində də inşa edəcəyik" deyən cənab Prezident İlham Əliyev verdiyi sözə əməl etdi. Nəinki verdiyi sözü, eyni zamanda ata vəsiətini yerinə yetirən Ali Baş Komandanın müfaviq sərəncamı ilə Şuşa Mədəniyyət Paytaxtı elan olundu ki, bütün bunlar Şuşanın imicinin geri qaytarılmasında mühüm hadisələrdəndir".
İ.Yusifov vurğulayıb ki, "Xarı bülbül" musiqi festivalı mədəni olduğu qədər siyasi baxımdan da böyük əhəmiyyətə malikdir: "1989-cu ildən keçirilən bu festivala hər zaman yüksək diqqət göstərilib. O zamanlar dünyanın müxtəlif ölkələrindən olan müsiqi ansamblları festivalda iştirak ediblər. Yaponiya, Almaniya, Türkiyə və İspaniya kimi ölkələrdən gələn iştirakçılar festivalın rəngarəng keçməsinə səbəb olublar. Uzun fasilədən sonra yenidən doğma Şuşamızda, Cıdır Düzündə təşkil edilən bu tədbir Azərbaycanın gücünün göstəricisidir. Bəli, bu gün Azərbaycan durmadan inkişaf edir. Ümumilli lider Heydər Əliyevin dediyi kimi, Azərbaycan dünyaya Günəş kimi doğur.
Bu inkişafın təməlində isə təbii ki, cənab Prezident İlham Əliyevin apardığı siyasət dayanır. Bu baxımdan, "Xarıbülbül" musiqi festivalının siyasi çəkisi var. Bu, yüksək iradə, qətiyyət bahasına başa gələn, yüksək əzimkarlıq və şəhidlərimizin qanı bahasına əldə olunan uğurun təntənəsidir. Cənab Prezident İlham Əliyev də festivalın açılışında bu tədbirin şəhidlərin ruhuna həsr olunduğunu bildirdi. Dövlətimizin başçısı bununla da şəhid qanının yerdə qalmadığını, Şuşamızın başı üzərində dalğalanan bayrağımızın daim ucalarda olacağını bəyan etmiş oldu. Bu siyasi mesajlar ona işarədir ki, heç kim Azərbaycan torpağına göz dikə bilməz. Heç kim Azərbaycanla güc dilində danışa bilməz!".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
XƏBƏR LENTİ
-
Qadın köhnə peçenye qutusunu açdı - İçindən 259 min manatlıq sərvət çıxdı
-
Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan neftinin qiyməti 128 dollara çatdı
-
40 trilyon dollarlıq borc və müharibə: ABŞ-ı nə gözləyir?
-
Gülay Zeynallı tanımaz halda - (Video)
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
Neftin qiyməti ucuzlaşdı
-
Messi Argentina millisində vida matçına çağırıldı
-
Paytaxtın 10 küçəsində tıxac var
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir





