Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə təcavüzü davam etdirir - Deputat
Minalanmış ərazilərin xəritələrinin Azərbaycana təqdim edilməməsi Ermənistan tərəfindən xalqımza qarşı təcavüzün davam etdirilməsidir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, ermənilər 30 il ərzində işğal altında saxladıqları müddətdə Azərbaycan ərazilərində çoxlu sayda mina basdımaqla böyük təhlükə yaradıblar: "Ermənilər hərbi əhəmiyyəti olmayan əraziləri də minalamaqla çoxlu sayda insanı qətlə yetirmək məqsədi güdüblər. Ermənilərin bu əməli hərbi cinayətdir və beynəlxalq konvensiyalara olduqca ziddir".
Deputat qeyd edib ki, ermənilər bu yolla regionda sülhün və sabitliyin təmin edilməsinə mane olurlar: "Azərbaycanın 44 günlük vətən müharibəsində qələbəsindən sonra regionda yeni reallıq yaranıb. Azərbaycan qonşu regionda yeni əməkdaşlığa açıq olduğunu bəyan edib. Lakin əfsuslar olsun ki, Ermənistan tərəfi qeyri-konstruktiv, təxribat xaraterli addımlar atmaqda davam edir. Azərbaycan 10 noyabr razılaşmasına əməl etsə də Ermənistan tərəfi bu razılaşmanın bəndlərinin həyata keçirilməsinə mane olur".
A.Hüseynov vurğulayıb ki, Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə eyni zamanda insanların öz doğma torpaqlarına qayıtmaq hüququnu pozmaqda davam edir: "Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Ermənistanın bu əməllərinə hələ də göz yumur, hər hansı bir təzyiq göstərmirlər. Vətən müharibəsi dövründə Azərbaycanı müharibəni dayandırmağa, yenidən danışıqlara başlamağa çağıran dövlətlərin, təşkilatların bu gün səsi çıxmır, minalanmış ərazilərin təqdim edilməsi ilə bağlı Ermənistana hər hansı bir təzyiq göstərmirlər. Əgər onlar doğrudan da müharibə dövründə öz çağırışlarında səmimi idilərsə, indi də Ermənistana təzyiq göstərməli idilər, lakin onların əsas məqsədinin Ermənistanı müdafiə etmək olduğunu hamı yaxşı bilirdi.
Lakin biz imkan verməməliyik ki, Ermənistan bu məsələdə öz əməllərini ört-basdır etsin. Ermənistanın minaların xəritəsini təqdim etməməsi məsələsini daha geniş beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlimizdən gələni etməliyik".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
XİN-dən Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
XƏBƏR LENTİ
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var





