Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən alıb? - Rəsmi açıqlama
AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsi institutlara məktub göndərərək onlara 2018-ci ildə verilmiş bağ sahələrinin ləğv edildiyini və müqavilələrin qanunsuz olduğunu bildirib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.
O bildirib ki, bununla bağlı AMEA əməkdaşlarına ötən gün məlumat verilib: "Onlar bildirirlər ki, bağ sahələrinin əllərindən alınması tapşırığı birbaşa Ramiz Mehdiyevdən gəlib və AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri Elton Məmmədov (Ziya Məmmədovun qardaşı), müdir müavini Fikrət Əliyev (Ramiz Mehdiyevin kürəkəninin qardaşı) bu məsələdə birbaşa maraqlıdırlar, bu işdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsini icra edən akademik Qərib Məmmədov, İşlər idarəsinin müdirinin keçmiş müavini Sərdar Əliyev və "Xızı" Kənd Təsərrüfatı İstehsalat Kompleksinin direktoru Vəliyəddin İbrahimov xüsusi rol oynayırlar".
AMEA-nın əməkdaşları qafqazinfo-ya faktı təsdiqləyiblər və əlavə ediblər ki, artıq onlara torpağın əllərindən alınması barədə məlumat verilib: "Dünən bu məsələ ilə bağlı iclas keçirilib və qərar da orada verilib".
AMEA-nin Mətbuat və İnformasiya şöbəsinin əməkaşı Gülnar Hacıyeva isə qeyd edib ki, hər gün AMEA prezidenti Ramiz Mehdiyevlə görüşsələr də, belə bir məlumatdan xəbərsizdirlər: "Bunları hardan tapıb yazırlar? Nə qədər qeyri-peşəkar insanlardırlar. Belə bir şey ola bilməz. O nə qərardır? Belə bir sənəd yoxdur axı. Elə bir şey ola bilər? 500 əməkdaşın əlindən bağ sahəsini almaq nə deməkdir? Bunlar hamısı yalandır".
Qeyd edək ki, AMEA Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarına əsasən "Xızı" Kənd Təsərrüfatı İstehsalat Kompleksinin istifadəsində olan, torpaq sahəsindən müvəqqəti istifadə üçün AMEA-nın 500-dən artıq əməkdaşına 10 sot bağ sahəsi ayrılıb. Bağ sahələri AMEA-nın keçmiş prezidenti Akif Əlizadənin dövründə ayrılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib - FOTO
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
-
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi
-
XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
-
"Razılaşma olmasa, zərbələr bərpa edilə bilər" - Tramp
-
Türkmənistan Prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur
XƏBƏR LENTİ
-
Rusiyalı ulduz 850 milyon rubla malikanəsini satdı - FOTO
-
Rüdiger Mourinyonun “Real”a qayıtmasından danışıb
-
Türkiyədə ard-arda 62 zəlzələ oldu
-
Zəngəzur Milli Parkından gözqamaşdıran FOTOlar
-
Elgiz İlhamə Quliyeva ilə son FOTOsunu yaydı
-
Sabah paytaxtda və rayonlarda neçə dərəcə isti olacaq?
-
ABŞ hərbi aviasiyasında ağır itki: "B-52" qəzaya uğradı, heyət üzvləri öldü
-
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olundu
-
Xalq artistinin ailəsində xoş xəbər - FOTOlar
-
Paytaxtda tıxacları azaldacaq nəhəng layihə: Yeni prospekt inşa edilir
-
İkinci ali təhsilin qiymətləri açıqlandı: Rekord BDU-dadır - 7600 manat
-
Covanni van Bronkhorstun yeni klubu bəlli oldu
-
Məktəbli forması geyinmək məcburi olur? - Yeni qanun layihəsi
-
Məhkəmə Əli Kərimlinin həbs müddətini daha 5 ay uzatdı
-
Afaq Aslanın səhhətində problem yarandı - Təcili xəstəxanaya yerləşdirildi - VİDEO
-
Şura sədrinə iki müavin veriləcək - Yeni qərardan detallar
-
Azərbaycan millisinin futbolçusu "Vanspor"a transfer olundu
-
Reyestrə düşmək üçün ödəniş ləğv edilir: Jurnalistlərə şad xəbər
-
Azərbaycanda orta aylıq pensiya 594 manata çatdı
-
Bu gün 'Sabah'ın Çempionlar Liqasındakı ilk rəqibi bəlli olur
-
Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI
-
Elnur Valehin qızından atası ilə bağlı təsirli paylaşım - VİDEO
-
Qarabağda son bir həftədə nə qədər mina təmizlənib?
-
Qəfil vəfat edən aktrisa Ece İrtemin anası ilə son görüntüləri - VİDEO





