Qırmızı Bazar-Şuşa yolu açılırmı? - Arutyunyan yenə baş qaldırdı
Artıq bir neçə gündür ki, Qarabağdakı qondarma rejimin qanunsuz silahlı dəstələrinin-"ordu"sunun buraxılacağı barədə xəbər yayılıb. Bunun ardınca terrorçu rejimin "xarici işlər nazirliyi" və digər "qurumları"nın da ləğv ediləcəyi haqda iddialar erməni mediasında və teleqram kanallarında tirajlanıb.
Milli.Az qaynarinfo.az-a istinadən bildirir ki, bu kimi xəbərlərdən ciddi şəkildə narahat olan Qarabağ terrorçularının başçısı, Azərbaycan hüquq mühafizə orqanları tərəfindən barəsində cinayət işi açılan Araik Arutyunyan çevrənin daraldığını gördüyü üçün hərəkətə keçib.
Erməni mediası yazır ki, Arutyunyan "ordu" və "nazirlik"lə bağlı xəbərləri təkzib edib və bunları dezinformasiya adlandırıb. Həmçinin belə xəbərlərin ermənilər tərəfindən yayılmasından təəssüfləndiyini bildirib.
A.Arutyunyan bundan əlavə, 35 km-lik Qırmızı Bazar-Şuşa yolunun Azərbaycanın nəzarətinə veriləcəyi, həmçinin Xankəndi şəhərində Azərbaycan bayrağının dalğalması üçün "icazə" (?) verildiyi barədə ermənilər arasında yayılan xəbərləri də təkzib edib.
Baş terrorçu "bütün dövlət orqanları"nın işinə davam edəcəyi haqda sərsəm fikirlər söyləməklə Qarabağdakı bir ovuc erməninin qaçıb aradan çıxmasını əngəlləməyə və onları girovluqda saxlamaqla özünü də sığortalamağa çalışıb. Deyib ki, bütün diqqəti "artsax"ın qurulmasına, təhlükəsizliyin bərpa olunmasına, əsirlərin qaytarılması və itkinlərin tapılması prosesinə yönəltmək lazımdır.
Beləliklə, Vitali Balasanyanın sərsəm fikirlərindən sonra Arutyunyan da növbəti dəfə baş qaldırıb. Görünən budur ki, terrorçuların başı "yumruq" üçün möhkəm darıxır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
XƏBƏR LENTİ
-
Şan balı yoxsa süzmə bal? Mütəxəssislər ən faydalısını açıqladı
-
"Allah rəhmət eləsin" demək bu qədər çətindir?" - Ozan Güven
-
Zeytun yağını qazın yanında saxlamayın
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə start verilib - (Foto)
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı





