Azərbaycanın Los Ancelesdəki baş konsulu və Azərbaycan icması türk restoranına qarşı zorakılığı pisləyiblər - VİDEO - FOTO
4 noyabr 2020-ci il tarixində axşam radələrində Beverli Hils şəhərində erməni icmasının radikal üzvləri türklərə məxsus "Cafe Istanbul" restoranına hücum edib. Qeyd edək ki, Beverli Hils şəhəri Los Anceles vilayətində yerləşir və Los Anceles şəhəri ilə əhatə olunur.
Beverli Hils Polis İdarəsinin məlumatına əsasən 6-8 nəfərdən ibarət qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirərək və restoranın əmlakına qarşı vandallıq edərək külli miqdarda ziyan vuraraq, Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr səsləndiriblər. Restoranın sahibləri arxa qapıdan qaçaraq cinayətkarlardan xilas ola biliblər. Hazırda Beverli Hils polisi hadisəni etnik nifrət zəminində törədilən cinayət kimi araşdırır.
Milli.Az bildirir ki, Türkiyənin baş konsulu Can Oğuz və bütün türk icması ilə həmrəylik nümayiş etdirmək məqsədilə 5 noyabr tarixində Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycan icmasının üzvləri ilə birgə hadisə yerində olublar.
Baş konsul Nəsimi Ağayev çıxış edərək, sözügedən nifrət cinayətinin qurbanlarının yalnız türk olduqları üçün bu vəhşi hücuma məruz qaldıqlarını bildirib. O, 2020-ci ilin iyul ayında radikal ermənilər tərəfindən Azərbaycan icmasının üzvlərinə qarşı da nifrət zəminində Los Ancelesdə cinayət törədildiyini xatırladaraq, erməni ekstremistlər tərəfindən hər iki icmaya qarşı törədilən bu kimi cinayətlərin və aqressivliyin son zamanlar artdığını qeyd edib. N.Ağayev, yerli siyasi xadimlər və hüquq-mühafizə orqanlarının azərbaycanlıları və türkləri hədəf alan bu cinayətləri kəskin şəkildə pisləmələrinin, hər iki icmanın təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin görülməsinin və bu kimi halların qarşısını almaq üçün cinayətkarların ən qısa zamanda tapılaraq məsuliyyətə cəlb olunmalarının vacibliyini qeyd edib.
Pakistan icmasının rəhbərlərinin də qatıldığı həmrəylik tədbiri Los Ancelesin FOX, ABC kanalları və digər mətbu orqanlar tərəfindən işıqlandırılıb.
Cinayətin təhlükəsizlik kameralarına düşən görüntüləri: https://youtu.be/oCYL0EwT46k
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
XƏBƏR LENTİ
-
Şan balı yoxsa süzmə bal? Mütəxəssislər ən faydalısını açıqladı
-
"Allah rəhmət eləsin" demək bu qədər çətindir?" - Ozan Güven
-
Zeytun yağını qazın yanında saxlamayın
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə start verilib - (Foto)
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı





