ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti amerika mətbuatında müzakirə olunub
ABŞ-ın nüfuzlu və milyonlarla dinləyici kütləsinə malik Con Batchelor Şou radio proqramında Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatı nəticəsində yaranmış gərginlik, humanitar sülh razılaşmaları və münaqişənin nizamlanması istiqamətində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtona səfərləri, ABŞ dövlət katibi Mayk Pompeo ilə nəzərdə tutulan görüşləri ilə bağlı veriliş yayımlanıb. Verilişdə müsahib qismində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Corctaun Universitetinin professoru Brenda Şeffer çıxış ediblər.
Milli.Az bildirir ki, ilk öncə, səfir son gərginliklər fonunda Ermənistan və Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə iki dəfə humanitar atəşkəs əldə edildiyini, lakin hər iki halda bu atəşkəsin dərhal Ermənistan tərəfindən pozulduğunu qeyd etmişdir. Ermənistanın substantiv danışıqlarda maraqlı olmadığını, bu məqsədlə davamlı olaraq atəşkəsi pozaraq, üçüncü ölkələri, xüsusilə də Rusiyanı münaqişəyə cəlb etmək niyyətini diqqətə çatdırmışdır. Atəşkəsin vacibliyi ilə yanaşı danışıqların əhəmiyyətini vurğulayan səfir, ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri qismində münaqişənin həllinə göstərdiyi marağı müsbət qiymətləndirlib. O, xarici işlər nazirlərinin Vaşinqtona səfəri və burada keçiriləcək danışıqlardan ümidlə gözləntilərinin olduğunu qeyd edib.
Jurnalistin Ermənistanın Gəncəni raket hücumuna tutması barədə sualını cavablandıran E.Süleymanov bildirmişdir ki, döyüş meydanında məğlub olan Ermənistan rəhbərliyi diktator ölkə rəhbərləri kimi mülki insanları atəş hədəfinə çevirir. Səfir keçmiş İraq lideri Səddam Hüseynin də Küveyti qanunsuz şəkildə işğalı planlarının məğlubiyyəti zamanı İsraildə mülki əhalini atəşə tutmasını xatırladaraq, Ermənistan baş naziri Nikol Paşinyanı onunla müqayisə etmişdir. Humanitar atəşkəsdən dərhal sonra münaqişə zonasından kənarda yerləşən Gəncəni atəşə tutmasına diqqət çəkən səfir bildirmişdir ki, Ermənistanın atdığı mərmilər şəhərdəki ortodoks kilsəsinin 500, əsas məscidin isə 300 metrlik məsafəsində partlamışdır. 10-dan çox həlak olan mülki əhalinin içərisində 10 aylıq körpənin və 1 gün sonra 5 yaşı tamam olacaq azyaşlının olmasını xüsusi qeyd etmişdir.
Professor Şeffer Azərbaycan əsgərlərinin Araz çayının şimalında yerləşən Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad edərkən çayın qarşı tərəfindən İranda yaşayan azərbaycanlıların onları ürəkdən dəstəkləməsinə diqqət çəkmişdir.
Səfir Azərbaycan xalqı üçün simvolik rəmzi olan Xudafərin körpüsünün azad olunmasının və orada Azərbaycan bayrağının dalğalandırılmasının xalqımız üçün olduqca həssas duyğular yaratdığını qeyd etmişdir.
Müsahibənin tam mətni ilə https://audioboom.com/posts/7709614-the-south-caucasus-crisis-comes-to-washington-for-peace-talks-profbshaffer-fdd-elinsuleymanov?utm_campaign=detailpage&utm_content=retweet&utm_medium=social&utm_source=facebook&fbclid=IwAR3HBuDOCrehuU_8FX0EdIz_Tl0yWiB7UqS946NYOKmENazSRe1r8G_jBFo internet səhifəsindən tanış olmaq mümkündür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
XƏBƏR LENTİ
-
Şan balı yoxsa süzmə bal? Mütəxəssislər ən faydalısını açıqladı
-
"Allah rəhmət eləsin" demək bu qədər çətindir?" - Ozan Güven
-
Zeytun yağını qazın yanında saxlamayın
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə start verilib - (Foto)
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı





