Siyasət

Türkiyədə 73 QHT Azərbaycana dəstək mesajı ünvanladı

14 Oktyabr 2020 08:17
Baxış: 1 102

Azərbaycan dövlətinə, prezidentinə, ordusuna və xalqına ürəkdən inanır və dəstək veririk.

Milli.Az APA-ya istinadən bildirir ki, Türkiyənin 73 Qeyri-Hökumət Təşkilatı (Anadolu Avrasya Gazi ve Şehit Aileleri Dayanışma ve Yardımlaşma Dərnəyi,  Anayasa Mahkemesi Çalışanları, Dünya Çocuk ve Gençlik Dərnəyi, Türk Dünyası kadınları Dostluk ve Dayanışma Dərnəyi, Yörük Türkmen Vəqfi, Türk Aklı Düşünce Birliği,  Türk Dünyası Yazarlar ve Sanatçılar Vəqfi, Türk Harekâtı Dərnəyi, Türk Ocakları və s.) Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə verdikləri dəstək mesajında belə bildirilib.

Qeyd olunub ki, Azərbaycan tarixi torpaqları olan Qarabağ və ətraf ərazilərini işğaldan azad etmək üçün kifayət qədər hərbi qüdrəti, düzgün və ədalətli siyasəti var: "Tarixi hərb meydanlarında qurub, mədəniyyət sahələrində yaşadan türklər Qarabağı da geri almaq gücündədir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.