Siyasət

Ölkəmizdəki xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb

29 Sentyabr 2020 23:19
Baxış: 1 154

Sentyabrın 29-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrinə cəbhədəki vəziyyət barədə məlumat verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, tədbir iştirakçılarına Azərbaycanın haqlı mövqeyi bir daha çatdırılıb və erməni tərəfindən fərqli olaraq, qoşunlarımızın düşmənin sadəcə hərbi qüvvəsini və obyektlərini hədəf aldığı bir daha vurğulanıb.

Əlavə olaraq, Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatların beynəlxalq hüququn prinsipləri və müharibə qanunları çərçivəsində aparıldığı xüsusi ilə qeyd edilmiş və qonaqları maraqlandıran suallara cavab verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.