"ATƏT-in Minsk Qrupunun fəaliyyətinə yenidən baxılmalıdır" - Deputat
Acınacaqlı və aciz, zəlil və rəzil durumda olan Ermənistan ardıcıl zərbələr alır. 2020-ci ilin iyulunda Tovuz döyüşləri bunun əyani sübutu oldu. Buna görə də silahlar Ermənistana pulsuz verilir. Faktlar təsdiq edir ki, Rusiyanın Ermənistanı silahlandırmasını davam etməsi işğalçı ölkəyə dəstəkdir, bu da öz növbəsində münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir, mövcud status-kvonun saxlanmasına xidmət edir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, son günlərin hadisələri, Rusiyanın təcavüzkar Ermənistanı silahla təmin etməsi cəmiyyətimizdə geniş rezonans doğurdu: "Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun ATƏT-in Minsk Qrupunun həmsədri statusuna, üzərinə düşən öhdəliklərə və 2009-cu il iyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentlərinin "Böyük səkkizlik"-in İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda və 2010-cu il iyunun 26-da ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməzliyi prinsipinə ziddir.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edərək ondan Rusiyanın Ermənistanı silahlandırması və Tovuz döyüşlərindən sonra bu ölkəyə 400 ton silah tədarük etməsi məsələsinə aydınlıq gətirməsini istədi. Beynəlxalq arenada Azərbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edən ölkə başçısı Azərbaycanın milli maraqlarına təsir edən hər bir məsələyə xüsusi nəzər yetirir və bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldırılır və bu məsələlərin həllinə nail olunur. 30 ildən artıq davam edən və bu günə qədər hələ də həllini tapmayan, tariximizin qan yaddaşına çevrilən Qarabağ münaqişəsi, yəni xəyanətkar Ermənistanın dövlətimizə, xalqımıza qarşı törətdiyi təcavüzkarlıq siyasəti, daşnak terroru, vandalizm aktları bu gün də cəmiyyətimizdə müzakirə obyektidir.
Onu da qeyd edək ki, münaqişənin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də yenidən baxılmalıdır. Düşmənin dəfələrlə atəşkəs rejiminin pozduğunun şahidi olan və bununla belə xeyrimizə heç bir tədbir görməyən, "fəaliyyəti" isə sadəcə kağız üzərində olan ATƏT Minsk Qrupu təcili və mütləq buraxılmalıdır. Çünki həmsədr ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. Buna görə də onun fəaliyyətinin yenidən təşkilinə baxılmalı və Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
XƏBƏR LENTİ
-
Şan balı yoxsa süzmə bal? Mütəxəssislər ən faydalısını açıqladı
-
"Allah rəhmət eləsin" demək bu qədər çətindir?" - Ozan Güven
-
Zeytun yağını qazın yanında saxlamayın
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə start verilib - (Foto)
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı





