Siyasət

Türkiyə parlamenti Ermənistanın işğalçı siyasəti qətiyyətlə pislədi

17 İyul 2020 14:22
Baxış: 1 044

Türkiyə Böyük Millət Məclisi (TBMM) Ermənistanın işğalçı siyasəti pisləyən bəyanat yayıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend TBMM-in rəsmi saytına istədən məlumat verir.

Bəyanatda qeyd olunur ki, TBMM Ermənistan silahlı qüvvələrinin bu iyulun 12-dən başlayaraq Azərbaycana qarşı hərbi təxribatını qətiyyətlə pisləyir.

Bəyanatda qeyd olunur: "Ermənistan səhv bir yoldadır. İllərdir Azərbaycan torpaqlarını, Dağlıq Qarabağı və ətraf bölgələrini işğal altında saxlayan Ermənistan Cənubi Qafqazda sülh və stabilliyə böyük əngəl yaratmaqdadır. Beynəlxalq ictimaiyyəti hüquq və qanuna məhəl qoymayan Ermənistanın bu davranışına lazımi reaksiya göstərməyə dəvət edirik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dəstəyimizi bir daha təkrar edirik.

Ermənistan BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarlarına əməl etməli və işğal etdiyi Azərbaycan ərazisindən çıxmalıdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.