Siyasət

Mavritaniyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

17 İyun 2020 16:39
Baxış: 866

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd vələd əş-Şeyx əl-Ğəzvanidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik etməkdən məmnunluq duyur, dost Azərbaycan xalqına tərəqqi və firavanlıq arzu edirəm.

Ölkələrimiz arasında mövcud olan əməkdaşlıq əlaqələrinin dost xalqlarımızın mənafeyi naminə daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirməkdə maraqlı olduğumuzu bir daha qeyd edirəm.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.